"Zirə" və "Şamaxı" bu gün yoxlama oyununda üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da baş tutub. Görüş saat 20:45-də start götürüb və "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ayxan Abbasovun komandasında Rossi və Tirkoveanu, "Zirə"nin heyətində isə Ceyhun Nuriyev fərqlənib.
Qeyd edək ki, Misli Premyer Liqası avqustun 15-də başlayacaq.



