"Mançester Yunayted" bu yay Rasmus Höylundu satmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "Milan" danimarkalı hücumçunun durumunu yaxından izləyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Höylund isə "Mançester Yunayted"də qalıb, forma üçün mübarizə aparmaq istəyir.
"Qırmızı şeytanlar" 22 yaşlı futbolçunu 2023-cü ilin yayında 64 milyon funt-sterlinqə transfer edib. Klub hazırda onun üçün 40 milyon tələb edir.



