İtaliya milli komandasının və "Yuventus"un sabiq üzvü Corco Kyellini klub sahibi olub.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi "Los Anceles" sahiblik qrupunun bir hissəsi olub.
Kyellini futbolçu kimi də "Los Anceles"də çıxış edib. O, iki mövsüm MLS klubunun formasını geyinib və 45 oyuna çıxıb.
İtaliyalı müdafiəçinin karyerasının böyük hissəsi isə "Yuventus"da keçib. O, 17 il "qoca sinyora"da oynayıb.



