Kilian Mbappe əfsanəvi hücumçu Tyerri Anrini geridə qoyub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu dünən keçirilən İspaniya ilə Millətlər Liqası matçında 1 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib. O, milli komanda birbaşa olaraq iştirak etdiyi qolların sayını 80-ə çatdırıb - 49 qol, 31 assist.

Bununla da Mbappe Anrini (51 qol, 27 assist) geridə qoyaraq Fransa milli komandasının tarixində birbaşa ən çox qolda iştirak edən futbolçu olub.

"Real Madrid"in hücumçusu yığma komandada 2017-ci ildə debüt edib. O, 1 il sonra dünya çempionluğunu qazanıb.