Karlo Ançelottinin Braziliya yığmasının baş məşqçisi kimi ilk matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, onun komandası Cənubi Amerika zonası üzrə Dünya Çempionatının seçmə mərhələsində səfər Ekvadorla qarşılaşıb. Görüşdə qol olmayıb. 

Ekvador 24 xalla 2-ci, Braziliya isə 22 xalla 4-cü yerdədir. Ançelottinin yetirmələri növbəti matçda Paraqvayı qəbul edəcək.

Argentina yığması isə səfərdə Çili ilə üz-üzə gəlib. Oyunda yeganə qolu Xulian Alvares vurub.

Messi qarşılaşmaya 57-ci dəqiqədə qoşulub. O, Niko Pazı əvəz edərək meydana daxil olub.

Argentina 34 xalla lider, Çili isə 10 xalla sonuncudur. Lionel Skaloninin yetirmələri artıq Dünya Çempionatına vəsiqəni əldə edib.

Qeyd edək ki, 2026-cı ildə baş tutacaq mundiala Cənubi Amerika zonasından 6 komanda birbaşa vəsiqə qazanacaq. 7-ci yeri tutan yığma isə pley-off görüşü keçirəcək.