Futbol üzrə Yunanıstan yığma komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Offsideplus.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyası komandanın çalışdırıcısı Mixael Skibbeni istefaya göndərib.

53 yaşlı almaniyalı ilə əməkdaşlığa son verilməsi barədə qərar qurumun İcraiyyə Komitəsinin yığıncağında qəbul olunub. Komitə üzvləri yekdilliklə istefaya səs verib.

2015-ci ildən millini çalışdıran Skibbenin xələfi də dəqiqləşib. Bu posta yerli məşqçi Angelos Anastasiadis təyin edilib.