"Fənərbağça" belçikalı futbolçu Kevin De Brüyneyə 2 illik müqavilə təklif edib.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 25 milyon avro qazana bilərdi. Lakin o, bu təklifi qəbul etməyib.

Bu barədə Belçika mətbuatı məlumat yayıb.

De Brüynenin "Napoli"yə transfer olunacağı gözlənilir.

"Mançester Siti" belçikalının bu yay başa çatan müqaviləsini uzatmayıb.