"Əl-Hilal" baş məşqçi postuna Simone İnzaqini gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bu təklifi qəbul etsə, ən çox qazanan baş məşqçi olacaq.

İnzaqi bu təklif barədə ciddi olaraq düşünür. Lakin hazırda danışıqları dayandırıb. O, yalnız Çempionlar Liqası finalına köklənib. Müzakirələr finaldan sonra davam edəcək.

Bu barədə Almaniyanın "Sky" kanalı məlumat yayıb.

49 yaşlı mütəxəssis 2021-ci ildən "İnter"i çalışdırır. Onun komandası mayın 31-də həlledici matçda PSJ ilə üz-üzə gələcək.