Davide Ançelotti atası Karlo ilə çalışmağa davam edəcək.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis baş məşqçi olmaq arzusunu ertələyib. O, atası ilə birlikdə Braziliya yığmasında çalışacaq. Davide 2026-cı ildə keçiriləcək Dünya Çempionatının sonuna qədər burada işləyəcək.
Bu barədə jurnalist Alberto Pereyro məlumat yayıb.
Əlavə edək ki. Karlo Ançelotti mayın 26-dan etibarən Braziliya milli komandasının yeni baş məşqçisi olacaq. O, karyerasında ilk dəfə yığma çalışdıracaq.



