Şimali İrlandiyanın ən titullu futbol klubu olan Linfild ölkə çempionatında növbəti dəfə zirvəyə yüksəlib.
Offsideplus.az xəbər verir ki, komanda 57-ci dəfə Şimali İrlandiya Premyer Liqasının çempionu olub.
"Linfild" Avropa komandaları arasında ən çox ölkə çempionu olan klubdur.
Onlar gələn mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.
Əlavə edək ki, Şimali İrlandiya klubu 2019-cu ildə "Qarabağ"la Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlib. İki oyunun nəticəsinə görə təmsilçimiz növbəti mərhələyə yüksəlib.