Türkiyə Futbol Federasiyası "Fənərbağça" və "Qalatasaray" arasında keçiriləcək Türkiyə Kuboku oyununa yerli hakim təyin edəcək.
Offsideplus.az xəbər verir ki, derbinin hakimi Mehmet Türkmen olacaq. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
O, Super Liqanın 29-cu turunun oyunlarına təyinat almayıb.
Xəbərdə yer alan məlumata görə zədəli olan Halil Umut Meler sağalacağı halda Türkmenə alternativ olaraq yer alır.
Əlavə edək ki, matç aprelin 2-si saat 21:30-da başlayacaq. Görüşün qalibi yarımfinala yüksələcək.