"Çelsi"də oynayarkən kokain qəbul etməyim karyeramın ən pis qərarı idi. Mən özümü tək və kədərli hiss edirdim. Ancaq nə depressiya, nə də başqa səbəb mənim hərəkətlərimə bəraət qazandıra bilər".
Offsideplus.az xəbər verir ki, bu sözləri Rumıniya milli komandasının və "Çelsi"nin sabiq futbolçusu Adrian Mutu deyib.
İstedadlı yarımmüdafiəçi 2004-cü ildə, karyerasının ən yaxşı dövründə zərərli maddələr qəbul etdiyinə 7 aylıq diskvalifikasiyaya məruz qalıb. O, başına gələnlərdən dərs çıxartdığını söyləyib: "Mən "Çelsi"yə şəxsi həyatımın ən narahat dövründə gəldim. Çoxlu bəraətlərin və yalanların əsirliyində idim. Belə həyata öyrəşməmişdim. Həddən artıq gənc və tənha idim. Yolumu azmışdım. Mən ətrafımdan kömək xahiş etməli idim, amma bunu etmədim. Ancaq baş verənlərdən dərs çıxartdım. Sıfır dözümlülük -"Çelsi"nin zərərli maddələrə qarşı siyasəti belə idi. Düşünürəm ki, bu ədalətli idi. Mən səhv buraxdım və bunun bədəlini ödədim".
Xatırladaq ki, Adrian Mutu 2023-cü ilin iyuunda Bakının "Neftçi" klubunda baş məşqçi vəzifəsinə təyin olunub. O, cəmi 5 aydan sonra istefaya göndərilib.