Fransa milli komandasının və "Bavariya"nın keçmiş üzvü Frank Riberi 2013-cü ili unuda bilmir.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı sabiq cinah hücumçusu 2012/13 mövsümündə Münhen klubu ilə mümkün olan bütün titulları qazanmağına baxmayaraq "Qızıl top"u qazana bilməmişdi. O, bunu ədalətsizlik sayır:

"Bu, həmişə ədalətsizlik olaraq qalacaq. Hələ də izah axtarıram. Messi və Ronaldo mənim onlarla eyni səviyyədə olduğumu bilirdilər".

Xatırladaq ki, Riberi o mövsümdə 43 oyunda 11 qol vurub, 23  məhsuldar ötürmə etmişdi. Onun yerinə mükafatı Lionel Messi qazanmışdı.