Madrid "Real"ının yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə milli koamandasında Ueyn Runinin rekordunu qırıb.
Offsideplus.az xəbər verir ki, o, yığmada 21 yaşadək 41-ci oyununu keçirib.
İstedadlı hücumçu Runi bu yaşa qədər 40 matçda iştirak etmişdi.
Rekord bu gecə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev oyununda (2:0) qeydə alınıb.
Runi karyerası ərzində milli komandada 120 görüşdə 53 qol vurub. O, 3 dəfə dünya və 3 dəfə Avropa çempionatında çıxış edib. Bellinqem isə ötən il artıq ilk Avropa çempionatında qüvvəsini sınayıb.
BU DA MARAQLIDIR: