Niderland millisinin sabiq üzvü Kvinsi Promes müsəlmanlığı qəbul edib.
Offsideplus.az xəbər verir ki, hazırda BƏƏ-nin "Yunayted" klubunun şərəfini qoruyan 33 yaşlı futbolçu adını da Məhəmməd edib.
Promes 2024-cü ildən Asiya ölkəsində çıxış edir. O, vətəni Niderlandda narkotik qaçaqmalçılığında təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Təcrübəli futbolçu daha öncə "Ayaks", "Sevilya" və "Spartak" (Moskva) kimi klublarda da çıxış edib.