"Fənərbağça"nın UEFA Avropa Liqasının son 16 turundaki rəqibi "Reyncers" baş məşqçisi Flip Klement ilə yollarını ayırdıqlarını açıqladı.
Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasının son 16 turunda "Fənərbağça"nın rəqibi olan "Reyncers"də Filip Klement dövrü başa çatıb.
Şotlandiya komandasının verdiyi açıqlamada 50 yaşlı belçikalı çalışdırıcının yollarının ayrıldığı və yaxın günlərdə bu mövzuda ətraflı məlumat veriləcəyi bildirilib.
Klement bundan əvvəl karyerasında “Monako”, “Brügge”, “Genk” və “Vasland-Beveren”i idarə edib.