Tibo Kurtua Belçika yığmasına mümkün qayıdışı ilə bağlı maraqlı açıqlama verib
Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiper bunları söyləyib:
"Belçika yığmasına qayıdışım? Mənim rəhbərliklə söhbətim olub, mövqeyimi eşitmək istəmişdilər. Mən onlarla səmimi idim, Madriddə qaldığım üçün həqiqətən çox xoşbəxtəm. Beynəlxalq fasilə müddətində özümü bərpa edə bildim. Bunun, bədənimin vəziyyətinə necə müsbət təsir etdiyini də gördüm. Ora-bura 20 saat uçmuş Federiko Valverde və ya Vinisiusa baxın, bu, çox yorucudur".