"Qarabağ" klubunun futbolçusu Abbas Hüseynov 10 aydan sonra Ağdam təmsilçisi ilə oyuna çıxıb.
Offsideplus.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"ə qarşı matça təsadüf edib. 28 yaşlı müdafiəçi 71-ci dəqiqədə Toral Bayramovun əvəzinə meydana daxil olub.
A.Hüseynov bundan əvvəl sonuncu dəfə ötən mövsüm Misli Premyer Liqasında dekabrın 24-ü keçirilən "Səbail"ə qarşı görüşdə oynamışdı. O, bu ilin yanvarında Antalyadakı təlim-məşq toplanışı zamanı ayağı qırılaraq ağır zədə almışdı.
Qeyd edək ki, "Qarabağ" "Kəpəz"i 7:1 hesabı ilə məğlub edib.