Avstriya millisinin və Madrid "Real"ının zədəli futbolçusu David Alabanın durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançeloti 31 yaşlı müdafiəçinin durumunun ciddi olmadığını açıqlayıb.
Mütəxəssis Alabanın bu gün "Jirona" ilə oyunu buraxacağını söyləsə də, onun növbəti həftə Çempionlar Liqasında "Napoli" ilə görüşdə meydana çıxmaq ehtimalının olduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya qarşılaşması saat 20:00-da başlayacaq.