AVRO-2024-ün seçmə mərhələsi üzrə baş tutacaq Azərbaycan - Estoniya matçının hakim təyinatı açıqlanıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Çexiyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Andrey Berka olacaq, ona laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Estoniya matçı iyunun 17-də saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.