"Şamaxı"nın hücumçusu Amil Yunanovun klubla müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.
30 yaşlı forvard Offsideplus.az-a açıqlamasında mövsüm yekunlaşandan sonra gələcək karyerası ilə bağlı qərar verəcəyini bildirilib:
"Hələ ki, bu barədə düşünməmişəm. Hazırda fikrimi bu iki oyuna kökləmişəm. Komandaya bacardığım qədər kömək etmək istəyirəm. Mövsüm başa çatandan sonra müqavilə məsələsini düşünəcəm".
Qeyd edək ki, "Şamaxı" MPL-nin növbəti turunda iyunun 22-də "Qəbələ" ilə üzləşəcək.
Günay Xəlil