“Sabah”ın qapıçısı Nicat Mehbalıyev komandadan ayrılmaq qərarına gəlib.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, əsas heyətdən kənar qalan 22 yaşlı qolkiper daha çox oynayacağı kluba getmək istəyir. Nicatla “Sumqayıt” və “Qəbələ” maraqlanır. Mehbalıyev mövsüm başa çatdıqdan sonra bu komandalardan birinə keçəcək.
Bildirək ki, Nicat Mehbalıyev 2020-ci ildə “Qarabağ”dan “Sabah”a keçib.
Daşqın Əziz