Misli Premyer Liqasının 29-cu turunun “Qəbələ” – “Zirə” matçından (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Offsideplus.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyunun əhəmiyyətini dərk edirdik. “Zirə” bizim turnir cədvəlindəki əsas rəqibimizdir. Düşünürəm ki, komandamız layiqli qələbə qazandı. “Sabah”la görüşdə son dəqiqələrdə qol buraxsaq da, həftə ərzində eniş yaşanmadı. Hər əş məşqdə hiss edirdik ki, futbolçular yüksək motivasiya ilə hazırlaşır. Komandadan razıyam. Məğlub olanda da meydanda istədiyimi verirdi.
Hələ çempionat bitməyib. Bu görüşü unutmalı və qarşıdakı matçları düşünməliyik. Hələ heç bir üstünlük yoxdur. Qarşıda çox sayda oyunlar var. Mütləq şəkildə həmin matçlara da hazırlaşmaq lazımdır. Sırf bu görüşün eyforiyası ilə yaşamaq da olmaz. Çempionatda 4-cü olub avrokuboklara getməmək də mümkündür. Ona görə həm kuboka, həm Premyer Liqada mübarizəyə davam edəcəyik.
Futbolçularına inanıram və həmişə dəstək olacağam. Komandamız çox istəklidir. Onlar da iddiadan əl çəkməyəcək”.