AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın rəqibi Avstriya millisinin heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, aşağıdakı futbolçular sifariş olunub:
Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK);
Müdafiəçilər: David Alaba (“Real Madrid”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə);
Yarımmüdafiəçilər: Conas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya);
Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə).
Qeyd edək ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.