AFFA Region Liqasında mübarizə aparan "Çinar Zəngilan" klubunun futbolçusu Kənan Məmmədov karyerasını ölkə xaricində davam etdirəcək.

 Offsideplus.az-ın məlumatına görə, 31 yaşlı mərkəz yarımmüdafiəçisi Almaniyanın 6-cı liqasında mübarizə aparan "Vatanspor" klubu ilə anlaşıb.

Adıçəkilən klubun sahibi türkiyəli iş adamlarıdır.

Qeyd edək ki, "Çinar Zəngilan" bu mövsümdən etibarən Region Liqasında çıxış edir.

Offsideplus.az