Futbol üzrə Tunis yığmasına yeni baş məşqçi təyin olunub. 

Offsideplus.az xəbər verir ki, DÇ-2018-dən sonra Nabil Maalul ilə yollarını ayıran Tunis Futbol Federasiyası onu Fauzi Benzarti ilə razılığa gəlib.

Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasında neçə illik müqavilə imzalandığı açıqlanmayıb.

Qeyd edək ki, bu, Benzartinin Tunis yığmasına üçüncü gəlişidi. 68 yaşlı mütəxəssis ilk dəfə 1994-cü ildə bu komandanı çalışdırıb. İkinci dəfə isə o, 2010-2011-ci illər aralığında Tunis millisinə rəhbərlik edib.(komanda.az)