Qətər millisinin yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Karluş Keyruş təyin olunub. Bu barədə Qətər Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı çalışdırıcı bu postda bir müddət əvvəl istefaya göndərilən Feliks Sançesi əvəzləyib.
Qeyd edək ki, Karluş Keyruş son olaraq İran millisində işləyib.