Belarus mətbuatı MDB ölkələrinin ən bahalı transferlərinin siyahısını hazırlayıb.
Offsideplus.az xəbər verir ki, siyahıda Azərbaycandan 5 futbolçu yer alıb: Narvik Sirxayev, Vəli Qasımov, Bəhlul Mustafazadə, Renat Dadaşov, Elnur Allahverdiyev.
2001-ci ildə "Anji"dən Moskva "Lokomotiv"inə keçən Narvik Sirxayev ilk sırada yer alıb: 1 milyon avro.
Vəli Qasımov ikinci pillədə qərarlaşıb. O, 1992-ci ildə Rusiyanın “Dinamo” (Moskva) klubundan İspaniya “Betis”inə 600 min avroya keçib.
Siyahıda 2021-ci ildə "Sabah"dan "Əl Əyn"ə (Birləşmiş Ərəb Əmirlikləri) keçən Bəhlul Mustafazadə də var. 500 min avroya "Əl Əyn"ə keçən müdafiəçinin transfer müqaviləsi ərəb klub tərəfindən ləğv edilib. Daha sonra onu "Qarabağ" heyətinə cəlb edib.
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun da transferi üçün 500 min avro ödənilib. O, 2019-cu ildə Portuqaliya “Eştoril”indən İngiltərənin “Vulverhempton” klubuna keçib. O, heç bir rəsmi görüşdə iştirak etmədən Premyer Liqa klubundan ayrılıb.
2013-cü ildə "Xəzər Lənkəran"dan Elnur Allahverdiyevi transfer edən "Qəbələ" bu keçid üçün 450 min avro ödyəib.
Qeyd edək ki, MDB ölkələrinin ən bahalı futbolçusu ukraynalı Mixail Mudrikdir. 22 yaşlı yarımmüdafiəçi bu ay ölkəsinin Donetsk “Şaxtyor”undan İngiltərə klubu “Çelsi”yə 100 milyon avroya keçib. Bu məbləğin 30 milyon avrosu bonus kimi nəzərdə tutulub.