"Şamaxı"dan ayrılan Bəhruz Teymurovun yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Zaqatala"da çıxış edəcək. Bu barədə I Divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Teymurov mövsümün sonuna qədər bölgə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Bəhruz cari mövsüm "Şamaxı"nın heyətində 4 oyun keçirib.