"Kəpəz" Misli Premyer Liqasında növbəti oyununu keçirəcək.

Hazırda 10 xalla turnir cəvdəlinin 9-cu pilləsində qərarlaşan Gəncə təmsilçisi 17-ci tur çərçivəsində doğma meydanda Premyer Liqanın liderlərindən olan "Sabah"ı sınağa çəkəcək.

Bu görüşdən gözləntilərini öyrənmək üçün gəncəlilərin müdafiəçisi Elvin Yunuszadə ilə əlaqə saxladıq. 30 yaşlı futbolçu Offsideplus.az-a açıqlamasında onları çətin qarşılaşma gözlədiyini, lakin doğma meydanda oynayacaqlarına görə rəqibdən üstün olacaqlarını söylədi:

"Sabah"la cari mövsümdə ilk oyunumuz çox çətin keçdi. Böyük hesabla (oxu: 0:5) məğlub olduq. Gəncədəki qarşılaşma da çətin olacaq. Lakin evdə oynayacağıq deyə, rəqibdən nisbətən üstün olacağıq".

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək oyun saat 14:00-da başlayacaq.

Onu da bildirək ki, zədədən yeni dönən Elvin Yunuszadə oyun təcrübəsini artırmaq üçün əvəzedici heyətə göndərilib.

Offsideplus.az