"Şamaxı" klubu Misli Premyer Liqasının 15-ci turu çərçivəsində sabah doğma meydanda "Kəpəz"lə qarşılaşacaq.
"Şirlər" bu matça ciddi itkiylə çıxacaq. Belə ki, komandanın əsas üzvlərindən biri Amil Yunanov Gəncə təmsilçisi ilə matçda iştirak etməyəcək. Buna səbəb 29 yaşlı hücumçunun zədəli olmasıdır. Sentyabrın 3-də keçirilən “Turan Tovuz”la ev oyununda (0:1) qapıya zərbə endirərkən qasıq nahiyəsindən zədə alan Yunanov əməliyyat edilib və onun bərpa müddəti hələlik məlum deyil.
Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın mətbuat katibi Yusif Hüseynov verib.
Qeyd edək ki, görüşün start fiti saat 14:00-da veriləcək.