"Çinar-Zəngilan" klubu bu gün tarixində ilk dəfə qatıldığı Region Liqasında birinci oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, zəngilanlılar "İrəvan" klubunu 12:0 hesabıyla məğlub edib.
"Çinar-Zəngilan"ın tam üstünlüyü ilə keçən matçda Sergey Markelov pokerlə, Qabil Əlizadə isə het-triklə yadda qalıb. Oyunda digər qolları hərəyə iki dəfə fərqlənən Elmin Əskərli ilə Ülvi Quliyev və bir dəfə rəqib qapısına yol tapan Elməddin Hüseynzadə vurub.