"Qarabağ"ın zədəli futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

 31 yaşlı müdafiəçinin vəziyyəti ağır deyil, lakin o, komandanın bügünkü məşqində iştirak etməyib. O cümlədən, təcrübəli futbolçu baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər matçında oynaya bilər.

Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə verib:

"Bədavinin zədəsi ağır deyil. Amma onun komandanın növbəti hazırlığında iştirak edib-etməyəcəyi də bəlli deyil. Onun "Nant"la oyunda meydana çıxıb-çıxmayacaqları ilə bağlı yekun qərarı baş məşqçimiz verəcək”.

Bildirək ki, Bədavi ötən gün Premyer Liqanın 11-ci turunda "Turan Tovuz"la matçda (3:0) sıradan çıxıb.

Xatırladaq ki, "Nant" - "Qarabağ" görüşü oktyabrın 27-si Fransada keçiriləcək.

Offsideplus.az