Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az nazirliyin saytına istinadən xəbər verir ki, birinci pillədə 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası qərarlaşıb.
Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə yer alıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.