"Şamaxı" klubu Misli Premyer Liqasının 8-ci turunda çempionatın liderlərindən olan "Sabah"ı qəbul edəcək.

 Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi bu matça ciddi itkiylə çıxacaq. Belə ki, şamaxılıların əsas futbolçularından biri Amil Yunanov bu oyunda iştirak edə bilməyəcək. Bunu saytımıza açıqlamasında "Şamaxı"ının mətbuat katibi Yusif Hüseyn bildirib.

Premyer Liqanın 5-ci turu çərçivəsində "Turan Tovuz"la keçirilən qarşılaşmada zədələnən Yunanov əməliyyat olunub və o, bir neçə oyunu buraxmalı olacaq.

Xatırladaq ki, oktyabrın 2-də keçiriləcək "Şamaxı" - "Sabah" görüşü saat 15:30-da başlayacaq.

Offsideplus.az