UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Azərbaycan yığması ilə qarşılaşacaq Slovakiya seçməsinin üç əsas futbolçusu cəzalı duruma düşüb.
Offsideplus.az xəbər verir ki, Ladislav Almasi və Yuray Kuçka iki oyunda sarı vərəqə aldıqlarına, Andrey Duda isə Qazaxıstanla son matçda qırmızı vərəqə ilə cəzalandırldığına görə qarşıdakı görüşdə iştirak etməyəcəklər.
Bildirək ki, Slovakiya - Azərbaycan oyunu sentyabrın 22-də baş tutacaq. Trnava şəhərindəki Antona Malatinski stadionunda keçiriləcək bu matça Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.