Azərbaycan Premyer Liqasının 25-ci turunda keçirilən "Sumqayıt" - "Neftçi" matçından (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Aleksey Baqa mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Oyunu yalnız 20-ci dəqiqəyə qədər şərh edə bilərəm. Qol buraxsaq da, inamlı idik. Daha sonra azlıqda qaldıq və son çempiona qarşı nəsə etmək çətin oldu.

- Azarkeşlər hakimdən ciddi narazılıq edirdi. Siz nə düşünürsüz? 

- Buna fikir verməmişəm. Futbolçumu müdafiə etməliyəm, lakin bir şey danışmağım düz çıxmaz. Azarkeşlər istər hakimə, istər komandaya, istər də mənə təzyiq edə bilər. Onlar azarkeşdirlər. Hakimin idarəçiliyində problem yox idi.

- Qırmızı vərəqədən sonra Araz Abdullayev Vurğun Hüseynovla əvəzləndi. Abdullayevin əvəzinə başqa oyunçunu dəyişmək olmazdı? 

- Bu oyundan əvvəl onun əzələsində narahatlıq var idi. "Qırmızı"dan sonra da bunu nəzərə alaraq əvəzetdim. Oyun zamanı yükləmələrdə Arazı da itirə bilərdik. Ona görə onu əvəzləməyə qərar verdim.