Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Tədbirdə Premyer Liqanın 24-cü turunun "Sabah" - “Şamaxı” matçından əvvəl dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
Məsələ ilə bağlı "tələbələr"in mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Son oyunda dövlət yanğından mühafizə xidmətinin nümayəndəsinin oyun öncəsi iclasa bir neçə dəqiqə gecikməsinin səbəbi yollarda olan tıxac idi".
Cavid Əliyev