"Mançester Yunayted" "Barselona"nın futbolçusu Frenki de Yonqu heyətinə qatmağa yaxındır.
Offsideplus.az "Sport.es"ə istinadən xəbər verir ki, növbəti mövsümdən komandanı çalışdıracaq Erik ten Haq rəhbərlikdən 24 yaşlı yarımmüdafiəçinin transferini istəyib. Niderlandlı mütəxəssis daha əvvəl də "Ayaks"da birlikdə işlədikləri oyunçu ilə yenidən bir araya gəlmək niyyətindədir.
Bildirək ki, De Yonqun Kataloniya təmsilçisi ilə hazırkı sözləşməsi 2026-ci ildə başa çatır.
Qeyd edək ki, Niderland millisnin üzvü 2019-cu ildən "Barselona"da çıxış edir.