"Üstünlüyümüz var idi. Fərqi artıra da bilərdik. Rəqib müdafiədə boşluqlar versə də, yararlana bilmədik. Kuryoz qol buraxmaq yaxşı olmadı".
Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIII tur matçından sonra deyib.
Belaruslu mütəxəssis Cəmaləddin Xocaniyazovun erkən əvəzlənməsinin səbəbini də açıqlayıb: "Əzələsində ağrıları var idi. Zədəlidirsə, meydanda olmamalıdır".(report.az)