"Yenə də qol fürsətlərdən istifadə etməkdə çətinlik yaşadıq".
Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII tur matçından sonra deyib.
Belaruslu mütəxəssis bildirib ki, epizodların boşa verilməsində kompleks səbəblər var: "Hansısa nüansı fərqləndirə bilmərəm. Burada bəxtsizlik, rəqibin oyunu və ustalıq səviyyəsini də qeyd etmək olar".
41 yaşlı baş məşqçi hər iki komandanın yaxşı oyun sərgilədiyini bildirib: "Düzdür, nəticələr kifayət qədər mənfidir. Amma mövsüm davam edir. Öz üzrəimizdə işləyəcək, qol vurmaqla bağlı problemi aradan qaldıracağıq. İnanıram ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Futbolda qara zolaq olur. Bu, həm normal, həm də anormal vəziyyətdir".(report.az)