AFFA-nın İntizam Komitəsi "Neftçi" və "Səbail" klublarını cərimələyib.

Offsideplus.az PFL-in saytına istindən xəbər verir ki, Premyer Liqanın 17-ci turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

 “Səbail”  – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.