“Səbail” klubunun hücumçusu Nikolas Raysel klubun rəsmi saytına açıqlamasında Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə” ilə keçiriləcək matçı dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu bunları deyib:
“2022-ci ilin ilk oyununda “Zirə” ilə qarşılaşacağıq. Bundan əvvəlki qarşılaşmalardakı məğlubiyyəti unutmuşuq. Qış fasiləsindən sonrakı ilk oyuna hazırlıq prosesində komandadakı yüksək enerjini, əzmkarlığı hiss edirəm. Mövsümün sonunadək mübarizə aparmaq üçün qalib gəlmək bizi əlavə motivasiya edəcək. Özümə və komandama güvənirəm. Həm ilk, həm da cavab oyununa böyük əzmlə çıxacağıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Zirə” – “Səbail” görüşü saat 17:00-da başlayacaq.