Yayılan xəbərlərə görə, Mamadu Kane qışda "Neftçi"dən ayrıla bilər.
Müqavilə əsasında "Olimpiakos"a məxsus olan qvineyalı futbolçu Yunanıstan təmsilçisinin bir neçə legioneri ilə yolları ayıracağı üçün 24 yaşlı yarımmüdafiəçini geri çağıra bilər.
Bu məsələni aydınlaşdırmaq üçün "ağ-qaralar"ın mətbuat katibi Rüstəm Allahverdiyev ilə əlaqə saxladıq.
Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunları dedi: "Kane ilə bağlı məsələ hələ məlum deyil".
Qeyd edək ki, bu xəbəri "Report.az" saytı yayıb.
Cavid Əliyev