Bu gün “Neftçi” PFK-nın yeni idman direktoru Zaur Əzizovun təqdimat mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, “Bakcell Arena”nın konfrans zalında baş tutan tədbirdə Əzizovla yanaşı, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev iştirak ediblər.
Təqdimat mərasimindən sonra mətbuat konfransı olub.



