Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, Bəhlul Mustafazadə komandanın heyətindən çıxarılıb.

O, artıq təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb. Buna futbolçunun zədəsi səbəb olub.

Müdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah - oktyabrın 9-da Bakı Olimpiya Stadionunda İrlandiya yığması ilə keçirəcəyi oyuna hazırlıq prosesində iştirak etməyəcək.