Premyer Liqamızın 6-cı turunun "Səbail" "Neftçi" matçından öncə maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "dənizçilər"in kapitanı Rahid Əmirquliyev mükafatlandırılıb. PFL-in prezidenti Ramin Musayev yarımmüdafiəçiyə Azərbaycan çempionatları tarixində ən çox meydana çıxan futbolçu olması münasibəti ilə xatirə hədiyyəsi təqdim edib.

Bundan əlavə, "Səbail"in üzvünə arxasında "422" yazılı forma da təqdim olunub.