Futbol üzrə İsveçrə millisinin yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bundan sonra sözügedən yığmanı Murat Yakın çalışdıracaq.
İsveçrə Futbol Federasiyası 47 yaşlı mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb. O, bu vəzifədə Vladimir Petkoviçi əvəzləyib.
Qeyd edək ki, Murat Yakın daha əvvəl İsveçrənin "Bazel", "Sion" və Rusiyanın "Spartak" (Moskva) komandalarına başçılıq edib. İsveçrəli mütəxəssisin son klubu isə yerli "Şaffhauzen" olub.