"Neftçi"nin futbolçusu Yusuf Laval Bakıda Finlandiyanın HİK (Helsinki) klubu ilə bərabərə qaldıqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi şəxsi instaqram səhifəsində nəticənin elə də yaxşı olmadığını bildirib.
23 yaşlı vinger "Amma bu, hələ son deyil. Haydi uşaqlar!", - yazıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Cavab matçı avqustun 12-də Helsinkidə olacaq.