“Əl-Əyn” klubu Bəhlul Mustafazadənin keçidindən imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sabah"ın rəsmi saytı məlumat yayıb.
“Sabah” “Əl-Əyn” klubundan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb. Futbolçunun keçidindən imtina, transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun “Sabah”la müqaviləsi artıq qüvvədən düşmüş hesab edilirdi.
"Sabah" məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. Bəhlulun statusuna gəldikdə isə futbolçu hazırda azad agentdir.